Brüsseldə “Ad günü” qeyd olunub - FİLM

22 Yanvar 2019 10:24 (UTC+04:00)

Brüssel İncəsənət Sarayında (BOZAR) Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində artıq ikinci ildir təşkil edilən “Bridges” film festivalı çərçivəsində rejissor Hilal Baydarovun “Ad günü” filmi nümayiş olunub. SİA-nın məlumatına görə, film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib.

Qeyd edək ki, filmin nümayişindən sonra rejissor Hilal Baydarov tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.