“Neftçi” futbolçusunu BƏƏ klubuna icarəyə verib

22 Yanvar 2019 09:53 (UTC+04:00)

“Neftçi” futbolçusu Kvame Karikarini icarəyə verib. SİA-nın məlumatına görə, anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin "Əl Oruba” klubunun formasını geyinəcək. "Əl Oruba” hazırda BƏƏ çempionatının birinci divizionda liderlər sırasındadır.

Qeyd edək ki, Kvame Karikari bu mövsüm "Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb, 2 qol vurub.