20 Yanvar faciəsi Braziliya mətbuatında

21 Yanvar 2019 17:06 (UTC+04:00)

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət göstərən bir sıra nüfuzlu mətbuat orqanlarında məlumat yayılıb. Dərc edilmiş məqalədə 20 Yanvar hadisələrinin xülasəsi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin pres-relizi yerləşdirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, beləki, Braziliyanın nüfüzlu “Embassy Brasilia” və “Brasilia in foco” xəbər portallarında Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi yoldan, sovet qoşunlarının 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri insanlığa qarşı cinayətlər və bu hadisələrlə bağlı, Ulu Öndər Heydər Əliyevin, o zamankı sovet rəhbərliyinə qarşı qətiyyətlə qarşı çıxması və törədilmiş hadisələri pisləməsi faktıda yer alıb.

Dərc edilmiş məlumatla aşağıdakı linkdən tanış olmaq olar: http://embassybrasilia.com.br/site/azerbaijans-remember-the-countrys-sad-moment/ https://brasiliainfoco.com/entenda-o-que-significa-o-janeiro-negro-na-historis-do-azerbaijao/