"Şüvəlan" "Keşlə"nin keçmiş futbolçusunu transfer edib

21 Yanvar 2019 15:12 (UTC+04:00)

"Keşlə"dən ayrılan Məmməd Quliyevin yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi karyerasını I Divizionda davam etdirəcək. Quliyev "Şüvəlan"la altı aylıq müqavilə imzalayıb.

Məmməd Quliyev "Keşlə"yə 2016-cı ildə "Rəvan"dan keçmişdi.

Qeyd edək ki, "Şüvəlan" daha öncə "Sabah"dan ayrılan Tural Qürbətovu da rənglərinə bağlamışdı.