Demet Akalınla Okan Kurt yenidən ayrıldı?

21 Yanvar 2019 15:32 (UTC+04:00)

Ötən il qalmaqallı şəkildə boşanan müğənni Demet Akalın və Okan Kurt barışıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük sosial şəbəkədə bir-birlərini izləməkdən imtina ediblər. Onların bu addımı izləyicilər tərəfindən səs-küylə qarşılanıb. Demetlə Okanın yenidən ayrıldığı iddia olunub.

Sənətçi verilişlərin biri ilə telefonla bağlanaraq deyilənlərə aydınlıq gətirib: "Okan Kurtla "İnstagram" da bir-birimizi takip etmirik. Amma ayrılmadıq. Allah qorusun. Axşam Okanla Dubaya tətilə gedirik. Okan mənim sosial şəbəkədə paylaşdığım şəkillərə əsəbiləşir. Ona görə boşandıqdan sonra bir-birimizi izləmirik".