Şahmat üzrə Azərbaycan çempionatında 5-ci tur yekunlaşıb

21 Yanvar 2019 10:04 (UTC+04:00)

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının 5-ci turuna yekun vurulub. SİA-nın məlumatına görə, beş turun nəticəsinə görə İsmayıl Şahəliyev və Ülvi Bacarani 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Liderlərdən cəmi yarım xal geridə olan Fərid Zeynalov isə üçüncü pillədə qərarlaşıb.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Turnirə yanvarın 24-də yekun vurulacaq.