Səudiyyəli qadınlar azadlığa çıxır

21 Yanvar 2019 09:34 (UTC+04:00)

Səudiyyə Ərəbistanında qadınlara turist təlimçiləri vəzifəsində işləməyə icazə veriləcək. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sözügedən ölkədə 150-ə yaxın qadın turist təlimçisi işləmək üçün müraciət edib.

Bütün ərizəçilərin turizm sahəsində təhsil aldığı və 2012-ci ildən gec olmayaraq universitet məzunları olduğu açıqlanıb. Lakin bu sahədə çalışan xanımların yaş həddi 23-dən aşağı olmamalıdır.