Azərbaycanlı hakerlər ermənilərin hesablarını məhv edib TƏLAŞ

21 Yanvar 2019 08:53 (UTC+04:00)

“Azərbaycanlı hakerlər 2 min erməninin elektron poçt ünvanlarını, Facebook akkauntllarını, eləcə də telefon loginlərini sındırıblar”. SİA “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ermənilərin informasiya təhlükəsizliyi üzrə eksperti Samvel Martirosyan Facebook sosial şəbəkəsindəki hesabında yazıb.

“Mən, bu sənədlərə sındırılmış hesabları daxil edərək, parolları ləğv etdim”, yazan Martirosyan əlavə edib ki, o, təsadüf ptisnipində bir neçə hesabı yoxlayarkən görüb ki, həmin hesablara daxil olmaq mümkündür. “Yoxlayın və özünüzü bu siyahıda tapsanız, azərbaycanlılar hesablarınızı aparmamış, təcili daxil olub, parollarınızı dəyişin”, deyə erməni eksperti təlaşla yazıb.

O, erməni hakerlərinin ifadələrinə istinad edərək, artıq 10 minə yaxın erməni hesablarının oğurlandığını deyib.