Misirdə qədim çarlıq dövrünə aid məzarlıqlar tapılıb

21 Yanvar 2019 04:06 (UTC+04:00)

Misirdə qədim çarlıq dövrünə aid (e.ə XXIII-XXI əsrlər) məzarlıqlar aşkar edilib. Kult.az xəbər verir ki, bu barədə ölkənin Qədim Abidələrlə iş üzrə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Birmingem Universitetindən olan arxeoloqlar ölkənin Asuan ərazində müxtəlif ölçüdə 6 qəbiri tapmağa nail olublar.

Abidələrlə iş üzrə Ali Şuranın baş katibi Mustafa Vəziri bildirib ki, qəbirlərdən birinin girişinin salamat vəziyyətdə olmasına baxmayaraq, yüzillər öncə burada qarət hadisəsi baş verib.