Afrində partlayış olub ölənlər və yaralananlar var

20 Yanvar 2019 15:20 (UTC+04:00)

Suriyanın Afrin şəhərində avtobusda partlayış baş verib.SİA-nın verdiyi məlumata görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobus vağzaldan çıxarkən avtobusun içərisində quraşdırılmış partlayıcı qurğu işə düşüb.

Bildirilir ki, partlayış qubernatorun ofisinin yaxınlığında baş verib.