"20 Yanvar Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş oldu" Türkiyə səfiri

20 Yanvar 2019 11:15 (UTC+04:00)

"20 Yanvar Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş oldu". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür: "Bu gün matəm günüdür. 1990-ci ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu Azərbaycanın süverənlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı dönüş oldu".

Səfir, həmçinin qeyd edib ki, 20 Yanvar milli qürur günüdür: "Bu qürur yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də o gün şəhid verənləri sayqı ilə anırıq".