ÇL-in pley-off mərhələsində bu topla oynayacaqlar

19 Yanvar 2019 22:15 (UTC+04:00)

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında istifadə olunacaq topu təqdim edib. Qurumun rəsmi saytında yer alan xəbərə görə, “Adidas” şirkəti tərəfindən hazırlanan topun dizaynında ağ, qırmızı və sarı rənglərdən istifadə olunub.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına fevralın 13-də start veriləcək. Turnirin final matçı isə iyun ayının 1-də Madrid "Atletiko"suna məxsus “Vanda Metropolitano” stadionunda keçiriləcək.