"Qalatasaray"da braziliyalı hücumçu

19 Yanvar 2019 21:21 (UTC+04:00)

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib. Türkiyə mətbuatının yazdığına görə, İstanbul nəhəngi Çinin "Quançjou Everqrand" klubundan Alan Karvalyonun keçidini həll edib. Braziliyalı hücumçunun qarşıdakı həftə İstanbula gedərək, "sarı-qırmızılılar"la müqavilə imzalayacağı bildirilib. Qeyd edək ki, 29 yaşlı forvard ötən mövsüm Çin klubunda 22 oyuna 18 qol vurub.