Axtarışda olan şəxs saxlanılıb

19 Yanvar 2019 10:41 (UTC+04:00)

Axtarışda olan şəxs Qubada saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan SİA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zərdabi qəsəbə sakini saxlanılıb.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə), və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə axtarışda olan Cavid Nəcəfov şəhər ərazisində saxlanılıb.