Meksikada boru kəmərində partlayış 20 nəfər ölüb

19 Yanvar 2019 09:31 (UTC+04:00)

Meksikanın İdalqo ştatında boru kəmərində partlayış baş verib. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə region qubernatoru Ömər Fayyad “Twitter” səhifəsində məlumat yayıb.

Partlayış nəticəsində 20 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilir.