Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub olub

19 Yanvar 2019 07:04 (UTC+04:00)

Yanvarın 18-də ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin altıncı turunun oyunları keçirilib. Hollandiyada keçirilən turnirin bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya şahmat tacının sahibi, norveçli Maqnus Karlsenlə qarşılaşmadan məğlub ayrılıb. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbovun Çin şahmatçısı Dinq Lirenlə oyunu isə heç-heçə başa çatıb.