Rusiya: "Azad edilmiş ərazilər Bəşər Əsədə verilməlidir"

18 Yanvar 2019 23:35 (UTC+04:00)

"Suriyada terrorizmin təkrarçılığına imkan verməməyin yeganə yolu azad edilmiş əraziləri Dəməşqin nəzarətinə verməkdir." Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Qeyd edək ki, Suriya ərazilərinin bir qismi hökumətlə bərabər Türkiyə ilə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nəzarətindədir. Moskva bu ərazilərdə olan əcnəbi qoşunların mövcudluğunu hərbi müdaxilə sayır və Dəməşqdən rəsmi icazə almasını tələb edir.