Rivaldo məşqçilyə başlayır

18 Yanvar 2019 17:41 (UTC+04:00)

Braziliya millisinin sabiq üzvü Rivaldo məşqçilik karyerasına başlayır. SİA-nın məlumatına görə, veteran yarımmüdafiəçi Mərakeşin 3-cü divizion klubu "Şabab Mohammedia"da işə başlayacaq. 46 yaşlı Rivado mövsümün sonuna qədər komandaya başçılıq edəcək.

Qeyd edək ki, Rivaldo 2015-ci ildə futbolçu karyerasını başa vurub. O, "Barselona", "Milan", "Olimpiakos", "Palmeyras", "San Paulu" kimi klublarda çıxış edib.