U-21 yoxlama oyunu keçirəcək

18 Yanvar 2019 15:03 (UTC+04:00)

Yanvarın 21-dən 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, yığmamız yanvarın 24-də “Spartak-2” (Moskva) komandası ilə qarşılaşacaq.