Şəhriyar Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşacaq

18 Yanvar 2019 04:20 (UTC+04:00)

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin altıncı turunun partiyaları oynanılacaq. Veyk-an-Zee şəhərində keçirilən turnirin bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya şahmat tacının sahibi, norveçli Maqnus Karlsen ilə qarşılaşacaq. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov isə Çin şahmatçısı Dinq Liren ilə mübarizə aparacaq.

Beş turdan sonra şahmatçılarımız 2,5 xalla 7-9-cu yerləri bölüşürlər.

Hazırda turnir cədvəlinə 3,5 xalla rusiyalı Yan Nepomnyaşi liderlik edir. Dinq Liren 3,5 xalla ikinci, Maqnus Karlsen isə 3 xalla üçüncüdür.