"Real"ın qapıçısı ingilis klubunda!

18 Yanvar 2019 01:19 (UTC+04:00)

"Real"ın qapıçısı Kiko Kasilyanın "Lids"ə keçidi rəsmiləşib. İngiltərə Çempionşip klubunun saytında bu barədə məlumat verilib. Məlumatda deyilir ki, 32 yaşlı qolkiperlə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. Qeyd edək ki, K.Kasilya cari mövsüm heç bir matçda oynamayıb.