"Başakşəhər" Abdullah Avcı ilə yeni müqavilə imzalayıb

18 Yanvar 2019 00:14 (UTC+04:00)

Futbol üzrə Türkiyə superliqasının lideri "Başakşəhər" baş məşqçisi Abdullah Avcı ilə yeni müqavilə imzalayıb. Kubun saytında yer alan xəbərə görə, 55 yaşlı mütəxəssislə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb. Qeyd edək ki, Abdullah Avcı 2014-cü ildən "Başakşəhər"i çalışdırır. Onun komandası 35 xalla ölkə çempionatında birinci pillədə qərarlaşıb.