Stanimir Stoilov Qazaxıstan millisindən qovuldu!

17 Yanvar 2019 23:20 (UTC+04:00)

Qazaxıstan Futbol Federasiyası millinin baş məşqçisi Stanimir Stoilovla yolları ayırıb. Qurumun saytında yer alan məlumata görə, 52 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləvedilib. Qeyd edək ki, S.Stoilov 2018-ci ilin martından Qazaxıstan millisini çalışdırırdı.