Cüdoçularımız İsraildə hazırlıqlarını davam etdirirlər

17 Yanvar 2019 21:20 (UTC+04:00)

Cüdo üzrə Azərbaycan yığması İsrailin Təl-Əviv şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandamız İsrailə Avstriyadan yola düşüb. Belə ki, cüdo yığmamızın əsas üzvləri yanvarın 15-dək dünyanın 52 ölkəsindən atletlərin qatıldığı Mittersill şəhərində hazırlıq keçiblər.

Qeyd edək ki, cüdoçularımız 2019-cu ilin ilk beynəlxalq yarışına yanvarın 24-də məhz İsraildə Qran-Pri yarışlarına çıxacaqlar.