Çağatay Ulusoyla hansı məşhur xanım seriala çəkiləcək? FOTO

17 Yanvar 2019 17:33 (UTC+04:00)

Uzun müddətdir efirlərdən kənar gəzən aktrisa Sinem Kobal yeni işi ilə tamaşaçılarını sevindirəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, “Hakan: Muhafız” adlı serialda yer alacaq.

Şirkət artıq bununla bağlı Kobala müraciət edib. Bildirilir ki, Sinem Çağatay Ulusoyun partnyorunu canlandıracaq.

Qeyd edək ki, aktrisa serialın üçüncü və dördüncü mövsümlərində yer alacaq.