Türkiyə və ABŞ Baş Qərargah rəislərinin görüşü keçirilib

17 Yanvar 2019 11:13 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri general Yaşar Güler və Birləşmiş Ştatların Baş Qərargah rəisi Cozef Danford arasında görüş keçirilib. SİA "Anadolu"ya istinadən verdiyi xəbərə görə, görüş Brüsseldəki NATO qərargahında baş tutub.

Müzakirələr mətbuata bağlı keçirilib və təxminən bir saat davam edib.

Qeyd edək ki, Ağ Evin sözçüsü Sara Sanders daha əvvəl bildirmişdi ki, Gülər və Danford Suriyada əməkdaşlığı müzakirə etmək niyyətindədirlər.