Gəncədə binada partlayış baş verib

16 Yanvar 2019 12:38 (UTC+04:00)

Gəncə şəhərinin 1-ci mikrarayon ərazisində bina-1 mənzil 57-də partalayış baş verib. Qaz sobasını yandırmaq istəyən 1987-ci il təvəllüdlü Sahilə Ələsgərova partlayış nəticəsində yanıq xəsarətləri alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, qadının vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Fakta bağlı araşdırma aparılır.

İlham Məmmədov