Prezident Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

16 Yanvar 2019 10:43 (UTC+04:00)

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.