Braziliyalı futbolçu şimşək çaxmasından huşunu itirib

16 Yanvar 2019 05:07 (UTC+04:00)

Braziliyanın "Aqua Santa" klubunun futbolçusu Enrike oyun zamanı şimşək çaxmasından huşunu itirib. "Report" "Globoesporte"yə istinadən xəbər verir ki, hadisə gənclər arasında San-Paulu Kubokunun 3-cü turunda "Atletiko Mineyro" ilə matçda baş verib.

Qarşılaşmanın 47 dəqiqəsində ildırım çaxıb və braziliyalı oyunçu yerə yıxılıb. Klubun Mətbuat xidmətindən bildirilib ki, Enrikeni ildırım vurmayıb, sadəcə, qorxudan huşunu itirib.