İbrahimoviçdən Ronaldoya: "Bu, meydan oxumaq ola bilməz"

16 Yanvar 2019 02:14 (UTC+04:00)

“Los Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviç Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun "Yuventus"a transferi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib. O, 33 yaşlı hücumçunun Turin klubuna yeni macəra üçün getməsi haqda səsləndirdiyi fikirlə əlaqədar deyib: "Ronaldo yeni çətinliklər və macəradan bəhs edir. Amma özü A seriyasında mütəmadi olaraq çempionluğa oynayan kluba transfer olur. Bir neçə il öncə niyə 2-ci liqadan bir komandaya getmədi? Bu, meydan oxumaq ola bilməz. 2-ci liqadan bir komandaya gedərək o klubu çempion etməyə çalışsın. Əsl meydan oxumaq budur".