Teymur Rəcəbov keçmiş dünya çempionu ilə heç-heçə edib

15 Yanvar 2019 21:16 (UTC+04:00)

Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunan şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunları keçirilir. Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçmiş dünya çempionu Vişvanatan Ananda qarşı oyununu heç-heçə başa vurub.