Vidadi Babanlının iki cilddən ibarət kitabı...

15 Yanvar 2019 15:07 (UTC+04:00)

Görkəmli nasir və şair, Əməkdar incəsənət xadimi Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çap edilib.

SİA-nın məlumatına görə, kitabın birinci cildində yazıçının əlli ilə yaxındır sevilə-sevilə oxunan “Vicdan susanda” romanı, həmçinin “Həyat bizi sınayır” və “Ana intiqamı” povestləri, ikinci cildində isə “Müqəddəs ocaq”, “Ömürlük əzab” romanları və “Mənim gizlinlərim” memuarı daxil edilib.