H1N1 virusu 17 can aldı

15 Yanvar 2019 10:09 (UTC+04:00)

H1N1 virusu Gürcüstanda daha bir nəfərin ölümününə səbəb olub. SİA-nın Gürcüstanın Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, "donuz qripi"nin son qurbanı 48 yaşlı kişi olub. Beləliklə də virusdan ölənlərin sayı 17 nəfərə açtıb.

Bundan əvvəl 10 aylıq uşaq da daxil olmaqla sözügedən virusdan 16 nəfərin öldüyü deyilirdi.

Bundan başqa nazirlik Gürcüstanda vurisa yoluxma halında azalmanın müşahidə edildiyini açıqlayıb. Son məlumatlara görə, hazırda ölkədə 9 minə yaxın insanda qrip virusu aşkarlanıb. Onlardan 42 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.