Kabulda güclü partlayış ölənlər var

15 Yanvar 2019 09:20 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabulda güclü partlayış baş verib və hadisə nəticəsində ən azı 4 nəfər həlak olub. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hadisə zamanı yaralanan onlarla vətəndaş tibbi yardım mərkəzlərinə aparılaraq, onlara lazımi yardım göstərilib.

Hadisəyə görə məsuliyyəti heç bir terror qrupu üzərinə götürməyib.

Xatırladaq ki, Əfqanıstanda aktiv terror fəaliyyəti "Taliban" hərəkatı (Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş bir təşkilat) tərəfindən həyata keçirilir.