Ərdoğan və Donald Tramp arasında telefon söhbəti olub

15 Yanvar 2019 00:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında telefon söhbəti baş tutub. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Liderlərin ikitərəfli əlaqələri, Suriya böhranını müzakirə etdiyi bildirilib. Tərəflərin Suriyada təhlükəsiz bölgə ilə fikir mübadiləsi apardığı da deyilib.

Qeyd edək ki, dünən D.Tramp kürdlərə qarşı əməliyyatlara başlayacağı halda Türkiyənin iqtisadiyyatını çökdürəcəyi ilə bağlı Ankaraya hədələr ünvanlamışdı.