Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib. İttihama görə, ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.