Ərdoğan: "Mən də səni çox sevirəm"

13 Yanvar 2019 02:03 (UTC+04:00)

AKP-nin Kocaeli bələdiyə sədrliyinə namizədlərinin təqdimat mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla tədbir iştirakçısı olan uşaq arasında maraqlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, Ərdoğanın çıxışı zaman ağlayaraq onu sevdiyini söyləyən uşağa belə cavab verib: "Mən də səni çox sevirəm". Daha sonra o, "Ağlama, ağlasan, məni də burada ağladarsan" deyərək uşağı sakitləşdirməyə çalışıb.