Əfqanıstanda polis idarəsinə hücum olub

13 Yanvar 2019 00:27 (UTC+04:00)

2 nəfər silahlı şəxs Əfqanıstanın qərbində yerləşən Herat vilayətindəki altıncı polis idarəsinə hücum edib. Axar.az xəbər verir ki, Herat qubernatorluğunun sözçüsü Ceylani Fərhad hadisə nəticəsində 5 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını deyib. Onun sözlərinə görə, silahlı şəxslər bir saat davam edən qarşıdurmadan sonra zərəsizləşdirilib.

Hələlik heç bir terror təşkilatı teraktın məsuliyyətini öz üzərinə götürməyib.