"Arsenal" səfərdə uduzdu

12 Yanvar 2019 23:45 (UTC+04:00)

İngiltərə Premyer Liqasında 22-ci tura start verilib. Turun açılış oyununda "Arsenal" səfərdə "Vest Hem"in qonağı olub. Görüş "topçular"ın məğlubiyyəti ilə başa çatıb. Deklan Raysın 48-ci dəqiqədə vurduğu qol "Vest Hem"ə minimal hesablı qələbə qazandırıb. Qeyd edək ki, hazırda "Arsenal" 41 xalla 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 54 xalla "Liverpul" başçılıq edir. Liderdən 4 xal az toplayan "Mançester Siti" 2-ci, 48 xalı olan "Tottenhem" isə 3-cüdür.