FTB Tramp əleyhinə gizli araşdırma başladıb

12 Yanvar 2019 21:03 (UTC+04:00)

FTB 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp və Rusiya əlaqələrini öyrənmək üçün gizli araşdırma başladıb. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.Bu addım FTB direktoru Ceyms Kominin qovulmasından sonra başlayıb. Belə ki, Kominin gedişi qurumda böyük narahatlıq yaradıb.

Nəşrin məlumatına görə, Trampa qarşı şübhələr hələ 2016-ci ildə prezident seçkilərinə hazırlıq prosesində üzə çıxıb. Lakin həmin vaxt FTB araşdırmanı təxirə salıb. Kominin qovulması isə yoxlamaların başlaması üçün təkan olub.