Buffon daha bir il PSJ-də qalmaq istəyir

12 Yanvar 2019 21:12 (UTC+04:00)

Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon karyerasını bitirmək barədə düşünmür. "Report" "Vanity Fair"ə istinadən xəbər verir ki, 41 yaşlı qolkiper hazırkı klubunda ən azı bir il daha oynamaq istədiyini söyləyib.

O, Paris təmsilçisinin qəbul edəcəyi təqdirdə, bu istəyin reallaşa biləcəyini deyib. Qeyd edək ki, Canluici Buffon bu mövsüm PSJ-nin heyətində 8 oyunda meydanda olub. Uzun müddət İtaliya millisinin də şərəfini qorumuş təcrübəli oyunçu 2018-ci ilin yayında "Yuventus"dan Fransa təmsilçisinə keçib və klubla 1+1 illik müqavilə imzalayıb.