Belçikada “sarı jiletlilər”dən biri öldürüldü

12 Yanvar 2019 16:02 (UTC+04:00)

Bu gün Belçikada “sarı jiletlilər”in başlatdıqları etiraz aksiyası zamanı polisin gözü qarşısında qətl hadisəsi baş verib. SİA-nın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, etiraz aksiyasında iştirak edən 30 nəfərlik “sarı jiletlilər” avtomagistralda piket keçirdikləri vaxt polisin yolu bağlamaması səbəbindən Niderland vətəndaşı idarə etdiyi yük maşınını aksiya iştirakçılarının üzərinə sürüb. Bir nəfər ölüb, yaralıların haqda məlumat verilmir.