"Monako" 30 yaşlı futbolçunu icarəyə götürüb

12 Yanvar 2019 20:20 (UTC+04:00)

"Monako" "Antalyaspor"un futbolçusu Vilyam Vinkeri icarəyə götürüb. Fransa klubunun saytında yer alan xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi knyazlq təmsilçisində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki,V.Vinker cari mövsüm Türkiyə Superliqasında 7 matçda oynayıb. Xatırladaq ki, "Monako" dünən "Çelsi"nin futbolçusu Sesk Fabregası transfer etmişdi.