Keçmiş məhkum yenidən cinayət törətdi

12 Yanvar 2019 14:09 (UTC+04:00)

Nərimanov rayonu ərazisində 5 velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən SİA-yaverilən xəbərə görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin iyun-noyabr ayları ərzində rayon ərazisində 5 velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Babayev saxlanılıb.