Çavuşoğlu Pompeo ilə Suriyanı müzakirə edib

12 Yanvar 2019 14:07 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Mayk Pompeo arasında telefon söhbəti baş tutub. SİA “Haberturk”ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesini və bölgədə baş verən son hadisələri müzakirə ediblər.