Səfil həyat keçirən reper BBC-nin mükafatını qazanıb

12 Yanvar 2019 13:38 (UTC+04:00)

Uzun illər evsiz-eşiksiz, səfil həyat keçirən reper Oktavian BBC-nin 2019-cu il üçün ənənəvi “Music's Sound” mükafatını qazanıb. SİA-nın məlumatına görə, bu mükafat hər yeni ilin əvvəlində dünyanın ən perspektivli gənc ifaçısına verilir.

Qalib musiqi tənqidçiləri və musiqi sənayesinin nüfuzlu nümayəndələri arasında keçirilən sorğu gedişində müəyyən olunub.

Qeyd edək ki, reper 2017-ci ildə “Party Here” kompozisiyası ilə şöhrət qazanıb.