“YARAT”da Rusiya istehsalı olan filmlər nümayiş ediləcək

12 Yanvar 2019 11:08 (UTC+04:00)

“YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan qısametrajlı filmlər nümayiş ediləcək. SİA-nın məlumatına görə, yanvarın 15-dən 29-da kimi beş ekran əsəri kinosevərlərin ixtiyarına veriləcək. Belə ki, qonaqlar "Qız və dilək ağacı", "Doğum günü", "Yepyeni", "Dalan" və "Planetlərin paradı" filmlərinə baxa biləcəklər.

Ekran əsərlərinin xronometrajı 88 dəqiqədir.