“Fənərbaxça” Hollandiya klubunu məğlub edib

12 Yanvar 2019 04:18 (UTC+04:00)

İstanbulun “Fənərbaxça” klubu növbəti yoxlama oyunu keçirib. İstanbul klubu Hollandiya “Alkmaar”ı ilə qarşılaşıb. “Fənərbaxça” bu qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb. Qonşu ölkə təmsilçisinin heyətində İsmayıl Köybaşı, Mehmet Ekici və Mixail Frey qol sevinci yaşayıb. Hollandiyalılar isə Mats Sentyensin dublu ilə təsəlli tapıb.