Koçaryanın həbsi daha 2 ay uzadılacaq?

11 Yanvar 2019 23:35 (UTC+04:00)

Ermənistanın xüsusi istintaq xidməti eks-prezident Robert Koçaryanın həbsinin daha 2 ay uzadılması üçün məhkəməyə müraciət edib. Bu barədə idarənin mətbuat katibi Marina Ohancanyan bildirib: “Koçaryanın nəzarətdə saxlanılması müddəti bitir və biz məhkəməyə həbsin daha 2 ay uzadılması üçün müraciət etmişik”.

Qeyd edək ki, Koçaryan 2008-ci ildə Konstitusiya quruluşunu dəyişməkdə ittiham olunur.