Yurgen Klopp ötən ayın ən yaxşı məşqçisi seçilib

12 Yanvar 2019 03:15 (UTC+04:00)

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşıları müəyyənləşib. Liqanın saytında yer alan xəbərə görə, "Liverpul"un çalışdırıcısı Yurgen Klopp ötən ayın ən yaxşı məşqçisi seçilib. Onun komandası dekabrda 7 oyununun hamısında qalib gəlib. "Liverpul"un müdafiəçisi Virgil van Deyk isə ötən ilin son ayının ən yaxşı oyunçusu olub. 27 yaşlı futbolçu dekabrda 7 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.